Mart ayında fermerler Yemiş haqqında nəyi bilməlidir
Açıq sahədə yemişdən ən faraş məhsul almaq üçün onu bəzi aran bölgələrində az miqdarda şitil üsulu ilə də becərirlər. Bunun üçün martın əvvəllərin da kələm şitilindən azad olmus parniklərə polietilen torbalarda hazırlanmış qidalı kublarda yemiş toxumu səpilir. Belə kublar cürüntülü torpaqlardan, yanmış peyindən və mineral gübrə qarışığından hazırlanır. Toxumlar ora səpilməmişdən qabaq dərmanlanır (80 %-li TİRAM ilə) va 30-35 C temperaturu olan iliq suda cücərdilir. Toxumları termiki yolla zərərsizləşdirmək üçün onu 25-30º temperaturda qurudur, sonra 3-3,5 saat 53-55°C temperaturda saxlayırlar. Bu zaman bostan bitkilərində baş verən bakterioz xəstəliyini törədən sporlar məhv olur. Sonraki ayda həm əkin, həm də səpin aparmaq üçün səpinqabağı becərmə işləri aparılır: arat olunur, iki dəfə malalanır, şırımlanır və s.