Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 mart tarixli Fərmanına əsasən, mineral gübrə almaq istəyən fermerlər “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin regional nümayəndəlikləri, rayon bölmələri və səyyar satış xidmətlərindən əldə edirlər.
Mineral gübrə almaq üçün tələb olunan sənədlər:
- “Fermer kartı”
- Şəxsiyyət vəsiqəsi
Mineral gübrə və pestisidlərin dəyərinin hamısını "Fermer kartı" ilə ödəməklə əldə edə bilərsiniz.