Yaranma tarixi

   Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 23 oktyabr tarixli 468 nömrəli Sərəncamına əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.

 Səhmlərinin nəzarət zərfi 100 faiz dövlətə məxsus olan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yarandığı vaxt onun fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi həyata keçirmişdir.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin idarəçiliyinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin  2009-cu il 21 iyul tarixli 392 nömrəli Sərəncamına əsasən  “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin idarəçiliyinə verilmişdir.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaradılarkən əsas məqsəd aqrar bölmənin müasir texnika ilə təchizatı məsələlərinin çevik şəkildə tənzimlənməsini təmin etmək olmuşdur. Sonradan Azərbaycan Respublikası Prezidentinin 2007- 2009-cu illərdə imzaladığı müvafiq sərəncamlara əsasən onun fəaliyyət istiqamətləri daha da genişləndirilmişdir.

 Belə ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin əsas fəaliyyət istiqaməti dövlət büdcəsindən bu məqsəd üçün ayrılan vəsait hesabına alınan kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların lizinq yolu ilə hüquqi və fiziki şəxslərə icarəyə verilməsinin və ya satılmasının və onlara texniki servis xidməti göstərilməsinin, habelə dövlət büdcəsindən ayrılan vəsait hesabına alınan pestisidlərin və aqrokimyəvi maddələrin satılmasının həyata keçirilməsindən ibarət olmuşdur.

"Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların, damazlıq heyvanların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması, eləcı də mineral gübrə və pestisidlərin satışı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarıı ilə təsdiq edilmiş qaydalara əsasən həyata keçirilmişdir.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına aqrotexniki xidmətlər göstərilməsi məqsədilə 2005-ci il 22 noyabr tarixində təsdiq edilmiş “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin regional bazalar haqqında əsasnamə”yə uyğun olaraq 9 təchizat bazasının tərkibində “Aqroservis“ şəbəkələri yaradılmışdır.

Azərbaycan Respublikası İqdisadi İnkişaf Nazirliyinin 2006-cı il 8 iyul tarixli 331 nömrəli əmri ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının 61 rayonunda təsərrüfat hesablı aqroservis filialları fəaliy­yətə başlamışdır.

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə göstərilən aqroservis xidmətlərinin fəaliyyət dairəsinin genişləndirilməsində, Səhmdar Cəmiyyətin Bakı Mərkəzi Təchizat bazasının və regionlarda fəaliyyət göstərən Gəncə, Şirvan, Ucar, Xaçmaz rayonlararası təchizat bazalarının böyük rolu olmuşdur. Hal-hazırda Gəncə, Şirvan, Ucar təchizat bazaları “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Respublikaya gətirilən kombaynların, traktorların, ekskavatorların və digər kənd təsərrüfatı texnikalarının yerləşdirilməsini, komplektləşdirilməsini, satış qabağı hazırlığın aparılmasını və satışını həyata keçirir.

2008-ci ildə Şəki və Sabirabad logistik gübrə bazaları,  2009-cu ildə Şəmkir və Xaçmaz logistik gübrə bazaları, 2010-cu ildə isə Cəlilabad və Bərdə logistik gübrə bazaları yaradılmışdır.

     

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanına əsasən Cəmiyyətin adı dəyişdirilərək "Aqroservis" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır.

  • Fərmana əsasən “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.
  • Fərmana əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçir.

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC