Aqrotexniki xidmət

Aqrar sahədə göstərdiyimiz xidmətlər 

            Kənd təsərrüfatı məhsulları istehsalçılarına aqrotexniki xidmətlərin göstərilməsi texnikaların mexanizatorlara operativ lizinqə verilməsi üsulu ilə həyata keçirilir.

                                                                                       Texnikaların mexanizatorlara operativ lizinqə verilməsi

           Bu zaman Cəmiyyətin rayon bölmələrinin istifadəsinə ayrılmış texnikalar regionlarda xırda və orta təsərrüfat sahələrində aqrotexniki xidmətlərin həyata keçirilməsi məqsədilə mexanizatorların müvəqqəti istifadəsinə verilir. Belə ki, mexanizator Cəmiyyətin müvafiq Regional Nümayəndəliklərinə və rayon bölmələrinə müraciət edərək RN və RB-lərə ayrılmış və müvəqqəti istifadəyə verilməmiş azad texnikalardan operativ lizinq müqaviləsi bağlamaqla istifadə edə bilərlər. Müraciət edildikdən sonra 1-3 gün müddətində operativ lizinq müqaviləsi bağlanılır və mexanizatorlar tərəfindən texnika tam komplektləşdirilmiş və saz vəziyyətdə parkdan təhvil alınır.

 Zəruri olan sənədlərin siyahısı: 

  texnikanı idarə etmə hüququ verən, müvafiq sənəd-sürücülük vəsiqəsi;

  şəxsiyyət vəsiqəsi;

 

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC