Mart ayında fermerler Tütünçülükdə haqqında nəyi bilməlidir
Martda tütün əkiləcək sahələr ayrılmalı, aqronomiya qaydalarına əsasən gübrələnməli, şitil əkinə hazırlanmalı, hava şəraiti imkan verən kimi rütubəti saxlamaq, alaq otlarını məhv etmək, torpağın yumşaq və təmiz olmasını təmin etmak ücün pərşum (2-ci şum) edilib malalanmalı, sırımlar açılmalı və markerləmə aparılmalıdır. Açıq ləklər hazırlanıb oraya toxum səpilməlidir. Açıq ləklərə toxum martın 1-15 arası səpilməlidir. İsti şitilliklərdə və açiq ləklərdə tütün şitillərinə qulluq edilməli, xəstəlik və ziyanvericilərə qarşı mübarizə tədbirləri görülməlidir. Torpaq səpinə hazırlanarkən onun payız sovkası, tütün sovkası, məftil va yalançı məftil qurdları, danadişi ilə sirayətlənməsinə diqqət yetirməli, ziyanvericilər müşahidə edilərsə pərşumdan qabaq hektara 50 kq 2,0 faizli lindan, yaxud 40-50 kq dənəvər bazudin səpib şum aparılmalıdır. Pambıq sovkasına qarşı 40%-li fosfamidin 0,1%-li konsentrat emulsiyasından istifadə edilməlidir.
Orta hesabla tütün sahələrinin hər hektarina təsiredici maddə hesabə ilə ətirli sortlara 45-90 kq, iriyarpaqlı sortlara isə N, 120-140 kq P,O və 100-120 kq K,O verilməlidir.
Fosfor va kalium gübrələrinin 70-80%-i payızda şum altına,10-15%-i şitillər basdırılan zaman cərgələrarasına, 10-15%-i vegetasiya dövründa bitkilərin növ atması sürətlənmayə başlayanda 2-ci becərmədən qabaq verilməlidir. Azot gübrəsinin əsas hissəsi (60%-1) yazda pərşum altına. 20%-i sitil basdırıldıqdan 30 gün sonra, qalanı isə əkindən 45-50 gün sonra yemləmə şəklində verilməlidir.