Mart ayında fermerler Xiyar haqqında nəyi bilməlidir
Xiyar istiyə tələbkar bitkidir. Sürətlə cücərməsi və böyüməsi üçün 18-23°C istilik lazimdır. Bir qayda olaraq, xiyarı açıq sahəya səpməklə becərirlər, lakin daha faraş məhsul almaq üçün ya xırda ölçülü polietilen örtüklərə, ya da açıq sahəyə qidalı kublarda hazır şitil əkilir. Qidalı kub ya birbaşa çox otlu çəmənliyin çim torpağından kəsilir, ya da 1:1 nisbətində peyin çürüntüsü və çim torpağında 5x5x5 sm ölçüdə hazırlanır. Belə kublarda 25-30 gün ərzində 3-4 yarpaği olan sağlam sağlam sitil becarmak olar. Sitillərin yaşi 30 gündən artıq olmamalıidir. Kubsuz və va dibçəksiz xiyar şitili beca rilməməlidir. Belə ki, xiyar şitilini qazıb başqa yerə əkəndə ya bitmir, ya da xəstələnib sıradan çıxır. Səbəb isə köklərin itməsi və ya zədələnməsidir. Səpinqabağı sahə hazırlanır, üzvi və mineral gübrələr sahəya verilərək təkrar şum aparılır. Torpağın üst qatı malalanır.