Mart ayında fermerler Yerkökü haqqında nəyi bilməlidir
Qeyd edildiyi kimi, yaz səpinini 1-10 martda arat olunmus sahədə aparmaq lazımdır ki, torpaqda qaysaq əmələ gəlməsin . Buna görə də bitkilərin ilk inkişaf dövrlərində sahə 4-5 gündən bir suvarılmalıdır. Toxumlar lent üsulu ila 40+40+60 sm , 45+45+70 sm. 55+55+70 sm sxemlə, cərgəvi üsulda isə cərgə araları 50 sm olmaqla səpilir. Hər hektara 4,5-6 kq toxum sərf edilir . Toxumlar 1,5-3 sm dərinliyə səpilməlidir. Alaqlara qarşi mübarizə aparmaqdan ötrü səpinə qədər, cücərti əmələ gələnə qədər və ya 1- 2 həqiqi yarpaq mərhələsinə kimi Gezagart (50% prometrin) herbisidi 1,5-3 l/ha dozasında istifadə olunur.