Mart ayında fermerler Günəbaxan haqqında nəyi bilməlidir
Mart ayı günəbaxan toxumunun torpağa səpin ayı hesab edilir. Bəzən aran rayonlarında hava şəraiti əlverişli keçəndə fevralin 3-cü ongünlüyündə də səpin aparmaq olur. Torpağın orta gündəlik temperaturu 5-7° olduqda səpin aparılır. Kvadrat yuva (70x70 sm) üsulu ilə səpin zamanı 1 hektara orta hesabla 7-10 kq, punktir üsulla (70x35 sm) səpində isə 15-18 kq toxum sərf olunur. Azərbaycanda adətən cərgələrarası 60-70 sm, cərgələrdə bitkilərin arası məsafə 30-35 sm olmaqla punktir üsulu yaxşı nəticə verir.Toxumlar iri olduqları üçün 6-7 sm dərinlikdə basdırılır. Əgər istehsalçının malik olduğu ərazinin torpaqları ağır mexaniki tərkibli torpaqlara aiddirsə, onda toxumun basdırılma dərinliyi azaldılır. Suvarılan torpaqlarda suvarma şırımlarının çəkilməsi başa çatdırımalıdır. Əgər səpin arat olunmamış sahəyə səpilibsə, bərabər çıxışların alınması üçün səpindən sonra səpsuvar həyata keçirilməlidir.