Mart ayında fermerler Soya haqqında nəyi bilməlidir
Fevralda başa çatdırılmayan işlər mart ayında davam etdirilir. Həmçinin, hamarlayıcı maşınlarla torpaq hamarlanır. Əgər alaqlar müşahidə edilirsə, 6-8 sm dərinliyində kultivasiya çəkilir. Səpindən əvvəl toxum rizotorfinlə (nitragin ) 1 hektar norma toxuma 200 q hesabı ilə işlənməlidir. Rizotorfin 1,2 litr suya qarışdırılaraq toxuma çilənir. Azot gübrəsinin illik normasının (fiziki çəkidə 250 kq) 30%-i və ya 70 kq-ı səpin qabağı torpağa verilməlidir.