Mart ayında fermerler Pambıqçılıqda nəyi bilməlidir
Mart çiyid səpininə hazırlıq va torpağın erkən becərilməsi ayi sayılır. Bu ayın birinci ongünlüyündən başlayaraq qış aratı keçirilmiş sahələrə mala çakilir. Qış arati olunmayan (susaxlama qabiliyyəti zəif, mexaniki tərkibi yüngül və tezqızan) torpaqlarda isə rütubət ehtiyatı yaratmaq məqsədilə martin 1-dən etibarən yaz aratı keçirilir. Bu tədbir martın sonunadək başa çatdırılır. Hər hektara 1300-1500 m³ su verilir . Arat olunacaq sahələrdə torpağın hər yerdə eyni vaxtda yetişməsini təmin etmək, çıxısın tez və kütləvi alınması üçün suvarma mütləq şırımlarla aparılır. Yumşaq, dənəvar torpaq qatı yaratmaq üçün qış və yaz aratı keçirilmiş sahələr vaxtaşırı becərilir. Becərmə zamani erkən cücərmiş birillik alaqlar məhv edilir, rütubətin itməsinin qarşısı alınır. Səpinqabağı becərmə yalnız torpaq yetişdikdə aparılır. Torpağin çevrilməsinə yol verilmir. Bu aqrotexniki tədbir lay qatını çevirməyən ziqzaq , Şirvan malası, cizel kultivatoru və digər alətlərlə həyata keçirilir. Səpinqabağı becərmələrdən əvvəl sahələrə azot gübrəsi verilir. Bu ayda səpinlə bir vaxtda sahələrə vermək üçün 100-120 kq çürümüş quru peyin hazırlanır. Pambiq səpinini vaxtinda, keyfiyyətlə başa çatdırmaq üçün xidmət qurumlarının gücündən maksimum istifadə edilməlidir.