Fevral ayında fermerler Günəbaxan haqqında nəyi bilməlidir
Səpinə hazırlıqla bağlı yarımçıq qalan işlər davam etdirilməlidir. Eyni zamanda, payızdan aparılmış dondurma şumunun 2 dəfə (uzununa və köndələninə) malalanması və kultivasiya çəkilməsi həyata keçirilməli, bu zaman əsas şumun altına üzvi va mineral gübrə (fosfor va kalium) verilməmişdirsə, malalama və kultivasiya ərəfəsində həmin gübrələrdən torpağa verilməlidir. Bu məqsədə ayın əvvəlindən gübrə və peyin tədarük edilməlidir.