Fevral ayında fermerler Soya haqqında nəyi bilməlidir
Fevralda yanvardan başlanmış olan yarımçıq qalan işlər davam etdirilir. Toxumun saxlanmasına müşahidə artırılmalı, səpin ücün 1-ci sinfə aid olan toxumlar götürülməlidir. Soyanın bakterioz, kök çürüməsi , fuzarioz xəstəliklərinə qarşı mübarizə məqsədilə səpinə azı 4 həftə qalmış 1 ton toxuma 1-2 kg 70%-li taçigran islənilməlidir. Bu ayda dondurma şumunda aparılmış arat qurudugdan sonra sahə pərşum (ikiləmə) edilir. Bu tədbir cücərən alaq otlarının məhv edilməsinə, gəmiricilərin yuvalarının dağıdılmasına səbəb olur.