Fevral ayında fermerler Kartofçuluqda nəyi bilməlidir
32 Saxlama anbarlarina zarət təkrarlanır. Kartof toxumunun boğulmaması üçün bütün üsullardan istifadə edilir. Nəmlik və temperatur ölçülür. Temperatur 13-18° C, nisbi rütubət 85-95 % olmalidır. Anbar havalandırılır. Dağətəyi sahələr üçün toxum çeşidlənir və cücərdilir. Aran və dağətəyi sahələrdə torpaq əkinə hazırlanır. Məftil qurduna və xəstəliklərə qarşı Cruizer (350 q/1 tiametoksam)-0,14-0.22 I/ton, Selest top (262,5 q/l tiametaksam+ 25 q/l-fenokonazol+25 q/ 1 fludioksonil) 0.3-0,4 l/ton preparatları ilə toxum dərmanlanır və əkin aparılır Fevral ayında əvvəlki aydan yarımçıq qalan işlər (şum aparılması, mala çəkilməsi, toxum tədarükü. faraş əkin və s.) davam etdirilir. Tədarük edilmiş toxumların çəkisi orta hesabla 40-60 qram olmaqla əkin üçün 30-35 gün arzində 12-16 C istilikdə cücərdilir. Bu tədbir faraş əkinlər üçün yanvar ayının birinci ongünlüyündə başlayır. Dağ zonasında şum aparılan zaman torpaqların eroziyadan mühafizəsi nəzərə alinmalı, sumun yamacin eni istiqamətində aparılmasına fikir verilməlidir. Kartofun becərilməsi dövründə mineral gübrələrdən təsiredici maddə hesabı ilə azotun 120 kq, fosforun 90-120 kq və kaliumun 90 100 kq normasında istifadə edilməsi səmərəli hesab edilir.
Fermerlər Əkinçilikdə nəyi bilməlidirlər. Ədəbiyyat: İ.M.Cümşüdov , D.Z.Şabandayev, S.Ə.Dünyamalıiyev, R.Ə.Abbasov, R.İ.Müstafayev
BAKI 2018