Faydalı məlumatlar

Fevral ayında fermerler Taxılçılıqda nəyi bilməlidir

                        

Fevral ayında yazlıq dənli va dənli paxlalıların səpin materiallar hazırlanır. Toxumların   keyfiyyəti və cücərmə qabiliyyəti laboratoriyada yoxlanılır. Təsərrüfatçı tərəfindən lazımı qədər toxum gətirilir, təmizlənir və çesidlənir, Dənli bitkilərin toxumları səpinə 1,5-2 ay qalmış dvident , fundazol, dinit, raksil va s. preparatlarının biri ilə dərmanlanır. İstehsalçının özündə və xidmət qurumlarında mövcud olan kənd təsərrüfatı maşınlarının və traktorların təmiri qurtarır, toxumsəpən maşınlar səpin normasına nizamlanır.

Erkən yazlıqların səpini üçün hazırlıq işləri davam etdirilir. Aran zonasında hava şəraiti imkan verərsə, yonca, günəbaxan, mərcimək, noxud və lobya səpini başlanır. Belə hava şəraitində xüsusilə fevralın 3-cü ongünlüyündə dağətəyi zonalarda yazlıq arpa, buğda, vələmir və çovdarın da səpilməsi mümkündür.

Sahəlar səpinqabağı malalanır və ya kultivasiya edilir, aqronomiya göstəricilərinə müvafiq olaraq gübrələnir. Torpaq-iqlim şəraitindən asıli olaraq vegetasiva dövründə payizliq taxıllara 2-4 dəfə su verilməlidir. Qışı yağıntılı keçən illərdə torpaq-iqlim şəraitindən asılı olaraq fevralın 3-cü, yaxud martın 1-ci ongünlüyündə birinci vegetasiya suvarmasına başlamaq məsləhət görülür. Payızlıqların suvarılması, gəmiricilər və tələb olunduğu halda digər ziyanvericilərə qarşı kimyəvi mübariza davam etdirilir.

Fermerlər Əkinçilikdə  nəyi bilməlidirlər. Ədəbiyyat: İ.M.Cümşüdov , D.Z.Şabandayev, S.Ə.Dünyamalıiyev, R.Ə.Abbasov, R.İ.Müstafayev 

BAKI 2018

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC