Faydalı məlumatlar

Mart ayında fermerler Taxılçılıqda nəyi bilməlidir

Martda traktora qoşulan kombinə edilmiş gübrəsəpən maşınlarla payızlıq əkinlərə yemləmə gübrəsi (erkən yazda torpaq-iqlim şəraitindən asılı olaraq  hər hektara fiziki çəkidə 250- 300 kq ammonium şorası, yaxud 200kq-a qədər karbomid verilməsi məsləhətdir) verilir, yüngül mala ila sahələr cərgələrin köndələninə malalanır, suvarılan rayonlarda isə suvarma davam etdirilir . Payızlıq taxıldan az məhsul götürülməsinin başlıca səbəblərindən biri də suvarmanın vaxtında aparılmamasıdır. Bilmək lazimdır ki, suvarmanın 8-10 gün gecikdirilməsi məhsulun 25-30% azalmasına səbəb olur. Alaqlar və gəmiricilərə qarşı kimyəvi va mexaniki mübariza aparılır və yazliq dənli-paxlalıların səpini davam etdirilir. Toxumluq qarğıdalı qıcaları seçilir, hazırlanır və onların cücərmə qabiliyyəti yoxlanılır. Payızlıq taxil əkinlərində yayılmış ikiləpəli alaqlara (adi turpəng, çöl gululu, çöl qanqalı, çöl sarmaşığı və s.) qarşı 2.4D herbisidinin amin duzu hektara 1,6-2,0 litr, Lintur herbisidi 0.150-0.180 kq, Qran Star va Oksar herbisidləri isə 15-25 qram, Esterdefore 0,56-1,37 litr hesabı ilə 1 hektara çilənir. Bu zaman həm alaqlara, həm də yatmaya qarşı mübarizə aparılır. Bütün rayonlarda qarğıdalı səpiləcək sahələr gübrələnir, kultivasiya edilir və malalanır. Martin ikinci yarısında hər 5-7 gündən bir payizliq bitkilərin ziyanvericilərlə zədələnməsi yoxlanılır. Dəmyə rayonlarında qara herik üçün ayrılan sahəlar vaxtında şumlanmayıbsa, bu iş təcili başa çatdırılır. Faraş herik üçün ayrılmış sahələrdə isə şumun qaldırılmasina başlanılmalıdır.

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC