Faydalı məlumatlar

Aprel ayında fermerler Taxılçılıqda nəyi bilməlidir

Apreldə qarğıdalı əkiləcək sahələrdə səpinqabağı becərmə qurtarır Qarğıdalı toxumu 75%-li Vitavaks 200 (2 kq /ton), 2,5 %-li Premis (1,2 kq/ton) preparatlari ilə səpinqabağı dərmanlanır. Aprelin üçüncü on günlüyünədək (aranda) qarğıdalının, lobyanın, mərciməyin və başqa yazlıqların səpini başa çatdırılır. Bu zaman ancaq birinci və ikinci sinif toxumlardan istifadə olunmalıdır. Qarğıdalı toxumu ilə birlikdə sahələrə, hər hektara fiziki çəkidə 50-60 kq azot, 100 kq fosfor gübrələri verilməlidir.

Dağətəvi zonalarda darı, orta dağ rayonlarında isə vələmir və arpa səpinləri davam etdirilərək başa çatdırılır, sahəyə əkinqabağı gübrə verilir, toxum dərmanlanır. Payızlıq və yazlıq əkinlər suvarılır, alaqlara qarşı aqrotexniki və kimyəvi mübarizə aparılır. Payızlıq taxılların alaqlarına qarşı kimyəvi mübarizədə 2.4 d amin duzu herbisidi ilə birlikdə ziyanvericiləri tələf etmək üçün hektara 0,75 1,5 litr Bi-58 pereparatı qarışdırılıb çilənməsi məsləhət görülür.

Faras herik şumunun qaldırılması başa çatdırılır, gəmiricilərə, taxıl böcəklərinə, başqa ziyanvericilərə qarşı mübarizə davam etdirilir. Alaq əmələ gələn qara herik sahələrində birinci becərmə başlanır.

Orta dağ va dağətəyi zonalarda payızlıq əkinlərə yemləmə şəklində mineral gübrə verilir və sahələr cərgələrin köndələninə malalanır Aran zonalarında ayın əvvəlindən başlayaraq faraş günəbaxan, axırında isə faraş qarğıdalı sahələrinə kultivasiva çəkilir və bitkilər seyrəldilir.

Yeni məhsulun qəbuluna hazırlıq görülür. anbarlar köhnə məhsullardan, zibil va tozdan təmizlənir və dezinfeksiya edilir. Payızlıq taxılların sahələri unlu şeh xəstəliyinə qarşı hektara 1 kq 70%-li Topsin M, 0.5 kq 25%-li Bayleton, 0,5 kq 50%-li Benlat preparatlarının biri ilə dərmanlanır. Kombaynların vəziyyəti yoxlanır və təmiri sürətləndirilir.

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC