Faydalı məlumatlar

Aprel ayında fermerler Tütünçülükdə haqqında nəyi bilməlidir

Apreldə tütün əkiləcək sahələr aqronomik qaydada gübrələnməli, torpaq şitil əkininə hazırlanmalı, pərşum edilməli, malalanmalı markerlənməli va suvarılmalıdır . Şitillər sahəyə əl ilə və maşınlarla (SKNB-4 və SKN-6) torpaqda 10-12 temperatur olduqda köçürülməlidir. Zaqatala-67, Zaqatala iriyarpaqlısı və Samsun, Dübek tipli sortları erkən, Trapezond tipli sortları isə bir qədər gec əkmək lazımdir. Tütün şitilləri aran rayonlarında açıq sahələrə aprelin 10-dan may ayınının 15-dək, dağətəyi rayonlarda aprelin 20-dən, may ayının 20-dək əkilməlidir. İriyarpaqlı sortların cərgəarası 60-70sm, bitki arası 30 sm, ortayarpaqlı sortlar ücün cərgəarası 60 sm, bitki arası 20-25 sm, xırdayarpaqlı sortlar üçün cərgaarası 60 sm, bitki arası 15-20 sm olmalıdır.

Bitməyən şitillarin yerinə yeniləri əkilib suvarılmalıdır. Şitillər basdırıldıqdan 8-12 gün sonra birinci becərmə (cərgəaralarının) islərinə başlanmalıdır. Tütün qurudulan binaların tikilməsi və təmiri davam etdirilir.

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC