Faydalı məlumatlar

Aprel ayında fermerler Pambıqçılıqda nəyi bilməlidir

Aprelin birinci ongünlüyündən etibarən çiyid səpinina başlanır. Bu vacib aqrotexniki tədbir havanın gündəlik orta temperaturu sabitlaşərək müsbat 12-14C çatdıqda və torpağın 10 sm qatında müvafiq temperatur olduqda keçirilir. Hər bir təsərrüfatda səpin qisa müddətdə 8-10 iş günündə başa çatdırılır. Torpağın səpin qatında nəmliyi saxlamaq üçün səpinqabağı becərmə (mala, ütüləmə) səpinlə yanaşı aparılır. Çiyid 4-5 sm dərinliyə səpilir.
Arata sapiləcək çiyid 2 müddətdə nəmləndirilir. Hər nəmləndirilmədə 1 ton çiyid ücün 400-500 litr su sərf edilir. Toxum materialını axar suda və ya gölməçələrdə islatmaq olmaz. Əks təqdirdə dərmanlama zamanı toxumların üzərinə yapışmış olan dərman yuyulur və çiyidin hommoz, kökçürümə xəstəliyinə qarşı davamlılığı azalmiş olar. Toxum islandıqdan sonra Maksim Star və ya Bronotakla dərmanlanır .Hər ton toxuma 40 kq-a qədər sərf olunur. Səpin növbədə yüngül, tezqızan, sonra isə mexaniki tərkibi ağır, yonca və 1-ci yonca ila digər ot qarısığı altından çıxmış torpaqlarda keçirilir. Sağlam və kütləvi cücərtilər alınmasını təmin etmək üçün toxumun səpin norması düzgün müəyyənləşdirilir. Hər paqonmetra 45-50 ədəd sağlam çiyid səpilir. Torpağın üst qatı tezquruyan, kəltənli sahələrdə çiyidin lazımı nəmliyi olan torpaq qatına düşməsini təmin etmak üçün çiyidsəpin aqreqata xizəklər əvəzinə xüsusi qurğu-kəltəndağıdanlar quraşdırılır. Bunlar toxumun torpaqda nəmli qata düşməsini təmin edir. Cücərtiləri ilk inkisaf mərhələsində qida maddələri ilə daha yaxşı təmin etmək üçün hər hektara səpinlə eyni vaxtda toxum yatağından 6-7 sm aralı, 11-12 sm dərinliyə fiziki çakida 100 kg fosfor gübrəsi va 200-300 kq ələnmiş quru peyin verilir .
Birillik alaqlara qarşı təsirli mübarizə aparmaq məqsədi ilə çiyid səpini ilə birlikdə Nabu və va Fyuzilat Forte herbisidindən geniş istifadə edilir. Bunun üçün səpin aqreqatlarının üzərinə PXO-4 qurusu quraşdırılır.

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC