Texnika satışı

“Aqroservis” ASC tərəfindən kənd təsərrüfatı texnikalarının güzəştli şərtlərlə fiziki və hüquqi şəxslərə satışı Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydalar”ına uyğun olaraq müvəkkil bank və bank olmayan kredit təşkilatları vasitəsi ilə həyata keçirilir.

Texnikanın lizinq yolu ilə satışının proseduru:

  •  Alıcı istədiyi texnikanı müəyyən etdikdən sonra “Aqroservis” ASC-yə müraciət edir.
  • “Aqroservis” ASC tərəfindən Alıcıya texnikanın texniki göstəriciləri və dəyərləri (gömrük, alış, satış) ilə bağlı Məlumat Vərəqəsi təqdim edilir.
  • Alıcı Məlumat Vərəqəsi ilə MKT-yə (Müvəkkil Kredit Təşkilatı)  müraciət edir.
  • MKT (Müvəkkil Kredit Təşkilatı) Alıcıya vəsaitin ayrılması ilə bağlı müsbət qərar verdikdə MKT (Müvəkkil
    Kredit Təşkilatı), 
    “Aqroservis” ASC və Alıcı arasında sənədləşmə işlərinə start verilir.
  • Sənədləşmə işləri (10 iş gününə qədər) bitdikdən sonra texnika “Aqroservis” ASC-nin təchizat bazalarından Alıcıya təhvil verilir. 

Texnikanın MKT ( Müvəkkil Kredit Təşkilatı) vasitəsilə alınması üçün tələb olunan sənədlər:

 Fiziki şəxslər üçün:   

  • Şəxsiyyəti təsdiq edən sənəd
  • VÖEN

 ! MKT tərəfindən əlavə sənədlərin təqdim oluması tələb oluna bilər.

Hüquqi şəxslər üçün:

  1. Nizamnamə
  2. Dövlət reyestrindən çıxarış
  3. VÖEN
  4. Rəhbər şəxsin şəxsiyyətini təsdiq edən sənəd
  5. Rəhbər şəxsin təyin olunması haqqında qərar
  6. MKT tərəfindən əlavə sənədlərin təqdim oluması tələb oluna bilər.

“Aqroservis” ASC-də texnikanın nəğd şəkildə satışının proseduru: 

 Alıcı istədiyi texnikanı müəyyən etdikdən sonra “Aqroservis” ASC-nin Baş ofisinə və ya birbaşa olaraq təchizat bazalarına* müraciət edir.

“Aqroservis” ASC ilə Alıcı arasında müqavilə bağlanır və Alıcı təqdim olunan müqavilə əsasında texnikanın ödənişini həyata keçirir.

Ödəniş təmin olunduqdan sonra texnika “Aqroservis” ASC-nin təchizat bazalarından Alıcıya təhvil verilir.

  “Aqroservis” ASC-nin 3 təchizat bazası fəaliyyət göstərir:

Gəncə Təchizat Bazası

Ucar Təchizat Bazası

Şirvan Təchizat Bazası  

 ! Fiziki şəxslər üçün texnikanın alışı 1(bir) iş günü, Hüquqi şəxslər üçün (ödənişdən asılı olaraq) 1-3 iş günü müddətində nəzərdə tutulub.

“Aqroservis” ASC-dən texnikanın nəğd alışı zamanı tələb olunan sənədlər:

Fiziki şəxslər üçün: Şəxsiyyət vəsiqəsi.

Hüquqi şəxslər üçün: Nizamnamə, VÖEN, Dövlət reyestrindən çıxarış, rəhbər şəxsin təyin olunması haqqında qərar, rəhbər şəxsin şəxsiyyətini təsdiq edən sənəd.

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC