Faydalı məlumatlar

Fevral ayında fermerler Pomidor haqqında nəyi bilməlidir

Pomidor toxumlarının cücərmə faizini artırmaq, böyüməsini sürətləndirmək, onların xəstəlik və zərər vericilərlə yoluxmasının qarşisını almaq məqsədilə səpindən qabaq xüsusi hazırlıq işləri aparılır. Səpin üçün əsasən I-II kateqoriyalara məxsus toxumlardan, yəni sort təmizliyi 97-99 % olan toxumlardan istifada edilir. İri, ağır toxumlar seçilir. Belə toxumlar yüksək cücərmə faizinə (85-90%) və cücərmə enerjisinə (95-98 %) malik olmalı, xəstəlik və zərərvericilərlə sirayətlənməməlidir. Göbələklərə qarşi toxum Fundazol, Benolex (50 %-li benomil) 2 q/ kq preparatı ilə dərmanlanır.

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC