Faydalı məlumatlar

Fevral ayında fermerler Pambıqçılıqda nəyi bilməlidir

                       

Fevralda yanvar ayından başlanmış olan işlər davam etdirilir. Yaz tarla işlərində istifadə ediləcək bütün kənd təsərrüfatı texnikasının (becərmə, şum traktorları, səpin maşınları) təmiri başa çatdırılır. Təmirdən çıxarılan maşınlar mexanizatorlara və sürücü mexaniklərə təhkim edilir. Respublikanın Şirvan və Muğan zonası rayonlarının təsərrüfatlarında torpağın səpinqabağı becərilməsi üçün yeni yerli malalar hazırlanır, köhnələr təmir edilir. Bu ayda pambıqtəmizləmə zavodlarında toxumluq çiyidin mərkəzləşdirilmiş qaydada dərmanlanması işi başa çatdırılır. Toxum laboratoriyalarının əməkdaşları dərmanlanmanın keyfiyyətinə xüsusi nəzarət edirlər.

 Fevralda hava şəraiti imkan verdikdə pambıq bitkisinin ən qiymətli sələfi olan yonca səpilir. Şoran torpaqların yuyulması işi sürətləndirilir, ayın axırınadək carı yuma işi başa çatdırılır. Bütün suvarma kanalları, kollektor-dren şəbəkələri təmizlənib qaydaya salınır, minerallaşmış, zərərli şor suları kənara çıxarmaq üçün kollektorlar üzərində qoyulmuş nasos stansiyalarının təmiri başa çatdırılır.

Fermerlər Əkinçilikdə  nəyi bilməlidirlər. Ədəbiyyat: İ.M.Cümşüdov , D.Z.Şabandayev, S.Ə.Dünyamalıiyev, R.Ə.Abbasov, R.İ.Müstafayev 

BAKI 2018

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC