Goranboy və Tərtərdə toxum sərgi-satış yarmarkası təşkil olunub
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə toxum sərgi-satış yarmarkaları davam edir. Mövsümün növbəti toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı Goranboy və Tərtər rayonlarında keçirilib.
Tədbirə Gəncə-Daşkəsən iqtisadi rayonunu əhatə edən Goranboy, Daşkəsən, Göygöl, Samux rayonlarından və Qarabağ iqtisadi rayonu üzrə Tərtər, Ağcabədi, Ağdam, Bərdə rayonlarından fermerlər qatılıblar.
Ənənəvi olaraq keçirilən toxum sərgi-satış yarmarkalarında hər zaman olduğu kimi fermerlərə yaxınlıq prinsipimizə sadiq qalaraq, bu festivalda da, iştirak etdik. Sərgi boyu əməkdaşlarımız tərəfindən rəsmi qonaqlara və ziyarətçilərə mövsümə uyğun, müasir texnikaları təqdim edilib. Ziyarətçilərə texnikalar barədə maraqlı və dolğun maarifləndirici məlumat verilib.