Son xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqroservis” ASC və Rusiya Federasiyası, Başqırdıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyininin rəhbərlik və nümayəndə heyəti ilə görüş keçirib

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqroservis” ASC-də ASC və Rusiya Federasiyası, Başqırdıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyininin rəhbərlik və nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə ASC-nin İdarə Heyətinin sədr müavini İlqar Məhərrəmov və Cəmiyyətin Kənd təsərrüfatı texnikaları, ehtiyat hissələri və texnoloji avadanlıqların satışı şöbəsinin müdiri Rasim İsmayılov, Başqırdıstan Respublikasının Baş nazirinin müavini- Kənd Təsərrüfatı naziri cənab Fazraxmanov İlşat, “Matriks universal” şirkətinin rəhbəri Raxmatullin İlnur və Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəliyinin rəhbəri Mirsayapov Ruslan iştirak ediblər.
Görüş zaman hər iki dövlətin kənd təsərrüfatına dair məsələlər müzakirə edilib, fikir mübadiləsi aparılıb. Əsasən, kənd təsərrüfatının inkişafına ayrılan subsidiyalar, mexanikləşdirmə siyasəti, kənd təsərrüfatı texnikalarına texniki nəzarət mexanizmləri, məhsul yığımına nəzarət mexanizmləri və digər mövzular barədə müzakirələr aparılıb.
Görüşün məqsədi hər iki ölkədə mövcud olan kənd təsərrüfatı sistemi barəsində məlumat paylaşımı, təcrübə mübadiləsi və gələcək əməkdaşlığın inkişaf prioritetlərinin öyrənilməsidir.

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC