



Aqroservis” Açıq Səhmdar Cəmiyyətində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
“Aqroservis” ASC-də 28 May- Müstəqillik Gününün 108-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Cəmiyyətin rəhbərlik heyəti və struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tariximizdə müstəsna yer tutduğu, müasir Azərbaycan dövlətinin ideoloji və siyasi əsaslarının formalaşmasında mühüm rol oynadığı vurğulanıb. Qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik irsi müstəqilliyimizin bərpasından sonra Ümummilli Lider Heydər Əliyev tərəfindən qorunaraq daha da möhkəmləndirilmiş, ölkədə siyasi sabitliyin və davamlı inkişafın təmin olunması istiqamətində mühüm addımlar atılmışdır.
Bildirilib ki, bu gün həmin siyasi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsi, sosial-iqtisadi inkişafın sürətləndirilməsi, eləcə də milli maraqların qətiyyətlə təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.





