



"Aqroservis" ASC-də 9 May Faşizm üzərində Qələbə Günü ilə əlaqədar tədbir keçirilib.
Aqroservis Açıq Səhmdar Cəmiyyətində İkinci Dünya Müharibəsində Faşizm üzərində qazanılan Qələbənin 81-ci ildönümü münasibətilə tədbir təşkil olunub.
Tədbirə şirkətin rəhbərliyi və əməkdaşları qatılıb. Çıxış edənlər müharibə illərinin ağır sınaqlarını, xalqımızın göstərdiyi qəhrəmanlığı və böyük Qələbənin tarixi əhəmiyyətini xatırladıblar. Qeyd olunub ki, bu gün yalnız bir tarixi hadisənin yad edilməsi deyil, həm də gələcək nəsillərə sülhün, vətənpərvərliyin və şücaətin nümunəsi olaraq ötürülməsidir.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, müharibə veteranlarına dərin hörmət və minnətdarlıq ifadə olunub.





