Son xəbərlər

“Aqroservis” ASC mühəndislərin qiymətləndirilməsini həyata keçirir

Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumu “Aqroservis” ASC tərəfindən Cəmiyyətdə çalışan mühəndis heyətin bilik və bacarıqlarının artırılması istiqamətində  təlimlərə başlanılmışdır.

Ümumilikdə 50-dən çox mühəndisə təlim keçirilməsi planlaşdırılıb. Fevral ayının ilk həftəsindən etibarən başlayan təlimlər müvafiq olaraq “Aqroservis” ASC-nin Yevlax Regional təlim-tədris mərkəzində təşkil edilir. Təlimlərdə müxtəlif markalı kombaynların əsasən, CLAAS, New Holland TC 5.90 HillSide, New Holland TC 4.90  və TC 5.80 və SAMPO markalı kombaynların idarə edilməsi ilə bağlı praktiki təlimlər keçirilir.

Keçirilən təlimlərin əsas məqsədi mühəndislərə yeni texnikaların istismar qaydaları, mövcud biliklərin qiymətləndirilməsi, mühəndislər tərəfindən texnikalara düzgün texniki xidmətin göstərilməsi, istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılması üçün biliklərin formalaşdırılması, təhlükəzlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı bilik və bacarıqlarının artırılmasıdır.

Təlimlər istehsalçı zavoddan dəvət olunmuş yüksək ixtisaslı xarici mütəxəssislər və “Aqroservis” ASC tərəfindən video görüntü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada təşkil olunur.  Mühəndislərə texnikaların idarə edilməsi, təmir işlərinin aparılma qaydaları əyani olaraq nümayiş etdirilir.

Qeyd edək ki, təlimlər ödənişsiz olaraq həyata keçirilir. Təlimin sonunda keçirilən imtahanın nəticəsinə əsasən müvəffəqiyyət əldə edən mühəndislərə sertifikat təqdim edilir.

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC