Son xəbərlər

Biçinə sayılı günlər qaldı və hazırlıqlar davam edir.

Biləsuvar rayonunda “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanovun, Biləsuvar və ətraf 6 rayonun DAİM rəhbərləri, bölmə rəhbərləri, mühəndis mexanik, texniki nəzarət müfəttişləri və mexanizatorların iştirakı ilə ətraflı görüş keçirilib. Görüşün əsas məqsədi cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi ilə bağlıdır. Görüşdə biçin zamanı qarşıya çıxa biləcək məsələlər və həllinə dair təkliflər müzakirə edilib, mexanizatorların müraciətləri dinlənilib və müvafiq tapşırıqlar verilib.
Bu görüşlər biçin başlayanadək bütün rayonlar daxil olmaqla davam etdiriləcəkdir.

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC