Son xəbərlər

Taxıl biçininə hazırlıqla bağlı mexanizatorların təlimlərinə start verilib

Taxıl biçininə hazırlıqla bağlı mexanizatorların təlimlərinə start verilib. Ümumilikdə 250-dən çox mexanizatora təlim keçirilməsi planlaşdırılıb. Təlimlərdə müxtəlif markalı kombaynların əsasən, CLAAS, New Holland TC 5.90 HillSide, New Holland TC 4.90 və TC 5.80 və SAMPO markalı kombaynların idarə edilməsi ilə bağlı məlumatlar verilir.
Hər il ənənəvi olaraq təşkil edilən təlimlərin əsas məqsəd cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi, texnikaların mexanizatorlar tərəfindən düzgün idarə edilməsinə nail olmaq, onların kombyanlara düzgün texniki xidmətin göstərilməsi, istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılması və təhlükəzlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı bilik və bacarıqlarını artırmaqdır.
Qeyd edək ki, təlimlər ödənişsiz olaraq həyata keçirilir. Təlimin sonunda keçirilən imtahana əsasən mexanizatorlara sertifikat təqdim edilir.

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC