Son xəbərlər

31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb.

         Aqroservis ASC və Dövlət Toxum Fondu  31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi anılıb.

         Aqroservis ASC-nin sədr müşaviri İsrafil İsmayılov çıxışında , 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımı haqqında tarixi faktlara istinad edərək faciənin dəhşətlərindən danışıb. Qeyd edilib ki, Bakı Soveti və daşnak erməni silahlı dəstələri Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı soyqırımı həyata keçiriblər. Soyqırımı nəticəsində 50 mindən çox insan qətlə yetirilib.

        Sonra 31 Mart soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC