Son xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumu “Aqroservis” ASC-nin təşkilatçılığı ilə Qobustan Heyvandarlıq Nümayiş Kompleksində ağacəkmə aksiyası keçirilib.
Aksiyada ASC-nin Bakı idarəsindən o cümlədən rayon bölmələrindən olan əməkdaşlar tərəfindən şam ağacları əkilib. Daha sonra əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.
Aksiyasının əsas məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun, yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC