Son xəbərlər

Astarada Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ilin yekun Aqrar İnnovasiya Festivalı keçirilib.

Aqrar innovasiyaların kənd təsərrüfatı məhsul istehsalçılarına əlçatanlığının təmin edilməsi, təbliği və təşviqi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi tərəfindən İmişli rayonunda Aqrar İnnovasiya Festivalı keçirilib.

Festivalda Kənd Təsərrüfatı Nazirliyinin elmi tədqiqat institutları, tabeli qurumları, aqrar sahə üzrə fəaliyyət göstərən bir sıra  yerli və xarici şirkətlər öz innovativ məhsul, avadanlıq və texnologiyalarını nümayiş etdiriblər.

" Aqroservis "  Açıq Səhmdar Cəmiyyəti də festivalda iştirak edib. Cəmiyyət tərəfindən fermerlərə mövsümü texnikalar nümayiş etdirilib və innovativ texnikalar barədə məlumat verilib . Sərgilənən texnikalar fermerlərdə maraq doğurub. Texnikaların siyahısı aşağıdakı kimidir :
Çəltikbiçən SDK (Əl ilə idarə olunan)
Riper 7 gövdəli vərdənəli AGK-HYDRO-7
Çiləyici Ventiliyatorlu qoşma 2000L
Çəltik əkən,özüyeriyən 6 cərgəli
 Cəmiyyət tərəfindən fermerlərə nümayiş etdirilib və innovativ texnikalar barədə məlumat verilib . Sərgilənən texnikalar fermerlərdə maraq doğurub. Səhmdar Cəmiyyətin əməkdaşları tərəfindən sərgi iştirakçılarına bu texnikalar haqqında ətraflı məlumat verilib, maarifləndirmə işləri görülüb. 

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC