Son xəbərlər

Şəmkirdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı keçirilib.

Aqrar innovasiyaların kənd təsərrüfatı məhsul istehsalçılarına əlçatanlığının təmin edilməsi, təbliği və təşviqi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi tərəfindən İmişli rayonunda Aqrar İnnovasiya Festivalı keçirilib.

Festivalda Kənd Təsərrüfatı Nazirliyinin elmi tədqiqat institutları, tabeli qurumları, aqrar sahə üzrə fəaliyyət göstərən bir sıra  yerli və xarici şirkətlər öz innovativ məhsul, avadanlıq və texnologiyalarını nümayiş etdiriblər.

Festivalın keçirildiyi iqtisadi rayonun və ətraf bölgələrin fermerləri, məhsul istehsalçıları, aqroparkların nümayəndələri tərəfindən ziyarət olunan sərgi bölməsində kənd təsərrüfatı texnikaları, müxtəlif təyinatlı pilotsuz uçuş aparatları, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, zərərvericilərə qarşı yeni mübarizə vasitələri, intensiv bağçılığa yararlı əkin materialları, in-vitro şəraitində yetişdirilən meyvə və tərəvəz nümunələri, üzümün emal məhsulları innovativ suvarma texnikaları, kənd təsərrüfatı üçün alternativ enerji mənbələri, yeni təşəkkül tapmış yem bitkiləri, kənd təsərrüfatı və qida sənayesi üçün ölçü alətləri və laboratoriya avadanlıqları, heyvandarlıq sahəsi üçün tibbi, sanitar avadanlıq və dərmanlar nümayiş olunub.

Festival zamanı Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və tərəfdaşlığı ilə keçirilmiş bir sıra startap yarışmaların, müsabiqə və hakatonların iştirakçıları, eləcə də ali təhsil müəssisələri prototipləri, məhsul və həlləri, ixtiraları nümayiş etdiriblər.

Festivalda iştirak edən fermerlərə aqrar sığorta, bitkiçilik və heyvandarlıq, dəqiq əkinçilik, ağıllı kənd təsərrüfatı sistemləri, ən yaxşı qabaqcıl kənd təsərrüfatı təcrübələri barədə təlimlər, tədbirin keçirildiyi bölgədə kənd təsərrüfatının inkişaf etdirilməsinə hədəflənən prioritet istiqamətlər barədə məlumat sessiyaları keçirilib.

Panel müzakirələr zamanı bölgənin aqrar potensialının və perspektivinin müəyyən olunması, bölgəyə uyğun kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı bu sahədə ixtisaslaşmış iri şirkətlərin mütəxəssisləri öz uğurlu təcrübələrini, habelə təsərrüfatlarında tətbiq etdikləri innovativ texnologiyalar ilə bağlı məlumatları bölüşüblər.

Tədbir çərçivəsində həmçinin birgə əməkdaşlıq imkanlarının qiymətləndirilməsi və işgüzar əlaqələrin formalaşması istiqamətində biznes görüşlər keçirilib.


" Aqroservis " Açıq Səhmdar Cəmiyyəti də festivalda iştirak edib. Cəmiyyət tərəfindən fermerlərə mövsümü texnikalar nümayiş etdirilib və innovativ texnikalar barədə məlumat verilib . Sərgilənən texnikalar fermerlərdə maraq doğurub.  Texnikaların siyahısı aşağıdakı kimidir :

Kotan 4 gövdəli asma (təkərli ) SP144

Presbağlayan Paksan

Taxılsəpən Agrional ( gübrəsəpənlə ) AG-TS-24
Gübrəsəpən – AHT CH 800 LT ( 2 diskli )  
          Cəmiyyət tərəfindən fermerlərə nümayiş etdirilib və innovativ texnikalar barədə məlumat verilib . Sərgilənən texnikalar fermerlərdə maraq doğurub. Səhmdar Cəmiyyətin əməkdaşları tərəfindən sərgi iştirakçılarına bu texnikalar haqqında ətraflı məlumat verilib, maarifləndirmə işləri görülüb. İştirakçılar tərəfindən maraqla qarşılanan festivalın ölkənin digər regionlarında da davam etdirilməsi nəzərdə tutulur. 

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC