Son xəbərlər

Zaqatalada Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı keçirilib.

Özəl fermer təsərrüfatının ərazisində təşkil olunan tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutları, ali təhsil müəssisələri, ölkədə aqrar sahədə fəaliyyət göstərən yerli şirkətlər öz innovativ layihələrini, texnoloji avadanlıqlarını fermerlərə nümayiş etdiriblər.

Festivalda bağ və əkin sahələrində məhsuldarlığı artıran yeni suvarma sistemi metodları,  kənd təsərrüfatı və qida sənayesi üçün ölçü alətləri və laboratoriya avadanlıqları, heyvandarlıq sahəsi üçün tibbi və sanitar avadanlıq və dərmanlar, yanacağın idareəolunması ilə bağlı sensor və cihazlar, kənd təsərrüfatı təyinatlı texnikalar, alternativ enerji mənbələri, “Smart” sistemə əsaslanan arı yeşikləri,  müxtəlif yem bitkiləri və tərəvəz şitilləri nümayiş olunub.

 Festivalda “Aqroservis” ASC tərəfindən də aqrar sahədə istifadə olunan texnikalar Kotan 4 gövdəli asma (təkərli ) SP144 , Riper 7 gövdəli vərdənəli AGK-HYDRO-7 , Taxılsəpən Agrional ( gübrəsəpənlə ) AG-TS-24,  Gübrəsəpən – AHT CH 800 LT ( 2 diskli ) Cəmiyyət tərəfindən fermerlərə nümayiş etdirilib və innovativ texnikalar barədə məlumat verilib . Sərgilənən texnikalar fermerlərdə maraq doğurub. Səhmdar Cəmiyyətin əməkdaşları tərəfindən sərgi iştirakçılarına bu texnikalar haqqında ətraflı məlumat verilib, maarifləndirmə işləri görülüb. İştirakçılar tərəfindən maraqla qarşılanan festivalın ölkənin digər regionlarında da davam etdirilməsi nəzərdə tutulur.

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC