Son xəbərlər

2022-ci il 18 may tarixindən 20 may tarixinədək Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində “Aqroservis” ASC-də iştirak edir.

         2022-ci il  18 may tarixindən 20 may tarixinədək Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində “Aqroservis” ASC-də iştirak edir.

        “Aqroservis” ASC mərkəzin həm içəri həm də çöl pavilyonunda gələn qonaqlara öz texnikalarını nümayiş etdirir. İçəri pavilyonda əsasən işğaldan azad olunmuş ərazilərdə tətbiq ediləcək innovativ kənd təsərrüfatı texnikaları nümayiş olunur.

 

  1. Kənd təsərrüfatı təyinatlı dronun tətbiq edilməsi

İşğaldan azad olunmuş ərazilərdə əkin sahələrinin müxtəlif istiqamətlər üzrə monitorinqini aparmaqla, qısa müddət ərzində məlumatlar toplayıb sistemləşdirməyə və proqnozlar verməyə imkan verir, əkin sahələrində üç ölçülü xəritəçəkmə işlərini yüksək dəqiqliklə həyata keçirir, sahəyə verilən gübrənin bitki tərəfindən mənimsənilmə səviyyəsini müəyyən edir, sahənin suvarılan və ya quraq qalan hissələrini təyin edir, becərilən bitkinin xəstəliklə sirayətlənmə səviyyəsini müəyyən edir.

 

  1. Elektromaqnetik skanerin tətbiq edilməsi

Sahədə torpağın hissələrinin müəyyən edilməsinə, minerallaşma xəritələrinin tərtib olunmasına imkan yaradır.

 

  1. Özüyeriyən robot texnologiyası ilə istifadə olunan smart aqreqatların tətbiqi

İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı məhsulları istehsalçılarının innovativ kənd təsərrüfatı texnikası və texnologiyalarına olan tələbatını ödəyir.

 

  1. Robot texnikasının tətbiqi

İşğaldan azad edilmiş torpaqlarda aqrar fəaliyyətin yenidən bərpası məqsədilə kənd təsərrüfatı sahəsində istifadə olunmaqla, birbaşa kontakt olmadan operatorsuz, məsafədən avtonom idarə edilə bilinir, ağıllı idarəetmə imkanlıdır, dünyada yeni və innovativ texnologiyadır.

 

  1. Robot texnologiyası ilə işləyən diskli, pnevmatik, dəqiq səpin aqreqatının tətbiqi

Əkin təyinatlı torpaqlarda aqrotexniki işlərin sürətləndirilməsi məqsədilə istifadə olunur, kənd təsərrüfatı təyinatlı proseslərin icrası zamanı işçi qüvvəsi olmadan ənənəvi texnikanı tamamilə əvəz edir və yalnız kənd təsərrüfatı təyinatlı aqreqatlarla birlikdə torpaq hazırlanması, əkin, səpin, bitkilərin becərilməsi, Aqrotexniki qulluq tədbirləri və s. proseslərin icrasında istifadə üçün nəzərdə tutulmuşdur.

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC