Son xəbərlər

8 Noyabr - Zəfər Günü qeyd edilib

Aqroservis ASC və Dövlət Toxum Fondu 8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir təşkil edib.
Tədbirdə ilk öncə Qarabağın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Çıxış edənlər 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun parlaq qələbəsi, ərazi bütövlüyümüzün bərpası uğrunda canından keçən şəhidlərimizin, qazilərimizin qəhrəmanlıqlarından bəhs ediblər.Tədbirdə 44 günlük müharibədə Müzəffər Azərbaycan Ordusunun döyüş yolu və tarixi qələbəsindən bəhs edən videoçarx nümayiş olunub.

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC