Son xəbərlər

Müstəqilliyin Bərpası Günü münasibətlə tədbir təşkil edilib.

Bu il müzəffər Azərbaycan xalqı dövlət müstəqilliyimizin bərpasının 31 illiyini qeyd edir. Bu münasibətlə bu gün Aqroservis ASC və Dövlət Toxum Fondu birgə tədbir təşkil edib.

Aqroservis ASC-nin İdarə Heyətinin Sədrinin müavini Ramin Əliyev “Müstəqilliyin Bərpası günü” münasibətilə tədbir iştirakçılarını təbrik edərək, 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunması prosesinin tarixi əhəmiyyətindən danışıb, həmçinin dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycan xalqının keçdiyi çətin, lakin şərəfli yoldan söz açıb.

Aqroservis ASC-nin sədr müşaviri İsrafil İsmayılov çıxışında bildirib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və ölkə vətəndaşları üçün əlamətdar gündür. O, müstəqilliyin bərpasından sonrakı hadisələrdən bəhs edərkən bildirib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olub.

Qeyd olunub ki, ümummilli liderin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü daxili və xarici siyasət dövlətimizin daha da güclənməsinə, regionda lider olmasına gətirib çıxarıb.

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC